BOKT-lər xaricdən valyuta cəlb edə bilmir

15:16 - 2.05.2025


2 may, Fineko/abc.az. Azərbaycanda bank olmayan kredit təşkilatlarının xarici mənbələrdən maliyyələşmə imkanları məhduddur.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bank tərəfindən açıqladığı “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədində qeyd olunub.

Belə ki, qeyri-rezidentlərdən cəlb edilmiş vəsaitlərin cəmi öhdəliklərə nisbəti 2024-cü ilin sonuna 27.5% olub.  Qeyri-rezidentlərdən cəlb edilmiş vəsaitlər əsasən xarici valyutadadır. Belə ki, 2024-cü ilin sonuna qeyri-rezidentlərdən cəlb edilmiş vəsaitlərin 42.2%-i xarici valyutada olub.

Milli valyutada cəlb edilmiş bank kreditləri üzrə orta çəkili faiz dərəcəsi 11.5%, habelə qiymətli kağızlar üzrə analoji göstərici rezident və qeyri- rezidentlər üzrə müvafiq olaraq 15% və 13% olmuşdur ki, bu da bankların maliyyələşmə xərclərinə nəzərən daha yüksəkdir.