AMB: Bankların aqrar sektora verdiyi kreditlər 1,8 milyard manatı üstələyib

14:45 - 2.05.2025


2 may, Fineko/abc.az. Bu il aprelin 1-nə Azərbaycan banklarının kənd təsərrüfatına verdiyi kreditlərin ümumi məbləği 1,8 milyard manatı üstələyib.

ABC.AZ Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.

Onun sözlərinə görə, bu kreditlərin 80 %-i bankların öz vəsaitləri, 20 %-i isə xüsusi məqsədli dövlət fondlarının vəsaitləri hesabına verilib.