Qazaxın azad olunmuş 4 kəndində tikinti üçün sənədlər hazırlanır

16:31 - 1.05.2025


1 may, Fineko/abc.az. Qazax rayonunun işğaldan azad edilən Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlanılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Qazax Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı keçirilən görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.

Həmin kəndlər 2024-cü il mayın 24-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətinə götürülüb. (Report)