Qusarın kənd yolları təmir olunacaq - 1.5 milyon manat ayrıldı - Sərəncam

13:57 - 1.05.2025


1 may, Fineko/abc.az. Prezident İlham Əliyev Qusar rayonunun Quxuroba-Hiloba-Yasaoba-Əniqoba-Aşağı İmamqulukənd-Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, bu barədə President.az-da məlumat verilir.  Sərəncamla beş min nəfər əhalinin yaşadığı altı yaşayış məntəqəsini birləşdirən Quxuroba-Hiloba-Yasaoba-Əniqoba-Aşağı İmamqulukənd-Şirvanlı avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1.5 milyon (bir milyon beş yüz min) manat ayrılır. Maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə həvalə olunub.