17:26 - 29.04.2025
29 aprel, Fineko/abc.az. Pfizer, piylənməyə qarşı preparatın uğursuzluğu və zəif rüblük nəticələrdən (13,7 mlrd. dollar gəlir gözlənilən 14 mlrd. dollar əvəzinə) sonra 1,2 mlrd. dollar həcmində xərclərin azaldılacağını açıqlayıb.
ABC.AZ xəbər verir ki, Pfizer 2025-ci il üçün proqnozlarını saxlayaraq 61–64 mlrd. dollar arasında gəlir və səhm başına 2,80–3 dollar arasında korrektə olunmuş mənfəət gözləyir. Maliyyə direktoru Devid Denton şirkətin göstəricilərinin bu diapazonun yuxarı həddinə yaxınlaşdığını bildirib.
Pfizer 2027-ci ilə qədər 6 mlrd. dollar qənaət planına əlavə olaraq, elmi-tədqiqat və inkişaf işlərinə 500 mln. dollar sərmayə yatıracaq. Piylənmə dərmanının uğursuzluğu şirkətin baş direktoru Albert Burla üzərində təzyiqi artırıb.
COVID peyvəndinin satışları gözləntiləri üstələsə də, Paxlovid dərmanının satışları aşağı olub.
30 İyul 2026
29 İyul 2026