15:45 - 29.04.2025
29 aprel, Fineko/abc.az. Ukrayna artıq 2025-ci ilin yayında ciddi elektrik enerjisi çatışmazlığı ilə üzləşə bilər. Bu barədə Ali Radanın deputatı Aleksey Kuçerenko xəbərdarlıq edib.
ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, yay aylarında hava isti olur və əhali arasında enerji tələbatı artır. Lakin ölkə bu tələbatı qarşılamaq gücündə deyil. Xüsusilə də, atom bloklarının planlı təmirə dayanması vəziyyəti daha da ağırlaşdıracaq.
“Generator və akkumulyatorları uzağa qoymayın. Biz turbulentlik zonasındayıq, artıq gücümüz yoxdur və daim qıtlıq həddində balans qurmağa məcburuq”, – deyə Kuçerenko bildirib.
O əlavə edib ki, yayda atom bloklarının təmirə dayanması səbəbindən enerji istehsalı kifayət etməyəcək və onu əvəzləyəcək alternativ olmayacaq. Bu isə qəza və elektrik kəsintilərinin artmasına səbəb olacaq.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026