Azərbaycan nefti ucuzlaşıb

10:16 - 29.04.2025


29 aprel, Fineko/abc.az. Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

ABC.AZ xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,34 ABŞ dolları, yaxud 1,95 % azalaraq 67,21 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.