15:51 - 28.04.2025
28 aprel, Fineko/abc.az. 2025-ci ilin mart ayının sonuna Azərbaycandakı bank olmayan kredit təşkilatlarında nağd vəsaitlər 2.3 milyon manatdan 4.6 milyon manata yüksələrək iki dəfədən çox artıb.
ABC.AZ xəbər verir ki, banklarda yerləşdirilmiş müddətli depozitlərin həcmi də artaraq 5 milyon manatdan 7.1 milyon manata çatıb.
Digər tərəfdən, cari hesablar 46.3 milyon manatdan 41.5 milyon manata qədər azalıb.
İnvestisiyalar 13.8% artaraq 87.3 milyon manatdan 99.4 milyon manata yüksəlib. Əsas vəsaitlər 5.7% azalaraq 24.5 milyon manatdan 23.1 milyon manata enib. Qeyri-maddi aktivlər isə 9.3% artaraq 4.3 milyon manatdan 4.7 milyon manata çatıb. Digər aktivlər demək olar ki, dəyişməyərək 104.8 milyon manatdan 104.5 milyon manata enib.
Öhdəliklər üzrə də azalma qeydə alınıb. Cəmi öhdəliklər 3.7% azalaraq 536.9 milyon manatdan 517.1 milyon manata enib.
18 Avqust 2026