BOKT-lərin cəmi aktivləri 6.2 faizdən 6.1 faizə düşüb

15:37 - 28.04.2025


28 aprel, Fineko/abc.az. 2025-ci ilin mart ayının sonuna Azərbaycandakı bank olmayan kredit təşkilatlarının cəmi aktivləri (Aqrarkredit QSC istisna olmaqla) 938.9 milyon manat təşkil edib ki, bu da onların 29.68 mlrd. manatlıq kredit bazarındakı paylarını son rübdə 6.2 faizdən 6.1 faizə endirib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 5.5% və ya 54.4 milyon manat azalıb. İlin əvvəlində bu rəqəm 993.3 milyon manat idi. Aktivlərin əsas kiçilmə səbəbi kreditlər üzrə məqsədli ehtiyatların artmasıdır.

Əsas fəaliyyət sahəsi olan müştərilərə verilən kreditlər cüzi artaraq 808.3 milyon manatdan 813.0 milyon manata çatıb.

Lakin kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan ehtiyatlar kəskin artaraq 91.5 milyon manatdan 161 milyon manata yüksəlib.

Nəticədə, xalis kredit portfeli 716.9 milyon manatdan 652.1 milyon manata düşüb.