15:15 - 28.04.2025
28 aprel, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci il 31 mart tarixinə ümumi 159 552,2 mln. manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.
ABC.AZ Dövlət Neft Fonduna istinadən xəbər verir ki, bu ilin yanvar-mart ayları ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 3 620,3 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib.
Əlavə etmək lazımdır ki, 2025-ci il mart ayının 31-nə ARDNF-nin aktivləri 2024-cü ilin sonuna (60 031,4 milyon ABŞ dolları) nisbətən 4,5% artaraq 62 740,2 mln. ABŞ dolları təşkil edib.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026