14:53 - 28.04.2025
28 aprel, Fineko/abc.az. ABŞ prezidenti Donald Trampın reytinqi rekord səviyyədə aşağı düşüb.
ABC.AZ xəbər verir ki, bu barədə “The Washington Post” və “ABC News” saytları məqalə dərc edib. Sözügedən məqalədə qeyd edilib ki, Trampın reytinqi 39%-ə düşüb. Respondentlərin 55%-i Donald Trampın prezident kimi fəaliyyətini bəyənmir. Sorğuda iştirak edənlərin 67%-i onun son birja böhranı zamanı fəaliyyətindən narazı qalıb. Eyni zamanda, amerikalıların 64%-i xarici mallara rüsumların tətbiqini dəstəkləmir.
Respondentlərin 61%-i ABŞ-ın digər ölkələrlə münasibətlərdəki siyasətindən narazı olduğunu bildirib. Respondentlərin 72%-i cənab Trampın hərəkətlərinin yaxın gələcəkdə resessiyaya səbəb olacağına inanır.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026