İstehlak kreditləri üzrə faiz dərəcələrində əhəmiyyətli artımlar var

12:03 - 28.04.2025


28 aprel, Fineko/abc.az. Azərbaycanın bank sektorunda istehlak kreditləri üzrə faiz dərəcələrində əhəmiyyətli artımlar qeydə alınıb.

ABC.AZ xəbər verir ki, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na uyğun olaraq, 2025-ci ilin mart ayı ilə müqayisədə 2024-cü ilin dekabr ayında verilən kreditlərdə faiz dərəcələrində nəzərəçarpan fərqlər müşahidə olunub.

Kredit kartları üzrə faiz dərəcələri kredit kartları ilə bağlı verilən kreditlərin faiz dərəcəsi 2024-cü ilin dekabr ayında 26%-ə yüksəlib, 2025-ci ilin mart ayında isə bu rəqəm 25%-ə enib.

Məişət avadanlıqları ilə bağlı kreditlər məişət avadanlıqlarının alınması ilə bağlı verilən kreditlərdə faiz dərəcəsi 2024-cü ilin sonuna qədər 25% olmuşdu, amma 2025-ci ilin mart ayında bu rəqəm 26%-ə yüksəlib.