11:36 - 28.04.2025
28 aprel, Fineko/abc.az. Azərbaycanda bank olmayan kredit təşkilatlarının gəlirlərinin azalması və xərclərin artması fonunda onları zərərə salıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, faiz gəlirləri illik müqayisədə 6.19 mln. manat və ya 10% azalaraq 55.68 mln. manata (bunun 55.54 mln. manatı kreditlərdəndir) düşüb. Öncəki ildə bu rəqəm 61.87 mln. manat idi.
BOKT-lərinin gəlirlərinin azalması fonunda faiz xərclərinin həcmi illik müqayisədə 7.683 mln. manat və ya 93.9% artımla 8.177 mln. manat olub.
Nəticədə xalis faiz gəlirləri illik müqayisədə 13.876 mln. manat (25.9%) azalaraq 39.82 mln. manata düşüb. BOKT-lər üçün xalis faiz gəlirləri önəmli bir hissədir. Banklardan fərqli olaraq BOKT-lərdə digər əməliyyat gəlirləri mənfəətində az paya malik olur.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026