11:13 - 28.04.2025
28 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, bank sektorunun bəzi göstəricilər üzrə hesabatı açıqlanıb.
ABC.AZ xəbər verir ki, mart ayının yekunlarına görə, depozitlər üzrə fiziki şəxslərin əmanətlərinin 66.4%-i (9 milyard 785.1 milyon manat) milli valyutada, 33.6%-i (4 milyard 959 milyon manat) isə xarici valyutada yerləşdirilib.
Fiziki şəxslərin əmanət portfelinin 61.1%-ni (9 milyard 9.3 milyon manat) müddətli əmanətlər təşkil edib.
Mart ayında fiziki şəxslərin müddətli əmanətləri 2.3% və ya 204.7 milyon manat artıb.
Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 799.2 milyon manat olmaqla, onların cəmi depozit portfelinin 74.5%-ni təşkil edib.
2025-ci ilin mart ayında fiziki şəxslərin əmanətlərinin dollarlaşması ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz bəndi azalaraq 33.1%-ə düşüb.
2025-ci ilin yanvar-mart aylarında banklar 253.3 milyon manat xalis mənfəət və 402.7 milyon manat əməliyyat mənfəəti əldə ediblər. Cari ilin birinci rübündə banklar tərəfindən ümumilikdə 61.7 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
Müəllif: Elmir Murad
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026