10:42 - 28.04.2025
28 aprel, Fineko/abc.az. 2025-ci ilin mart ayının yekunlarına görə, fəaliyyət göstərən bankların cəmi aktivləri 54 milyard 855.6 milyon manat təşkil edib. Bu da son ayda 3.5 faiz artımdır.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, cəmi öhdəliklər 47 milyard 960.7 milyon manat, balans kapitalı isə 6 milyard 894.9 milyon manat olub. Mart ayında bankların aktivləri 2.4% (1 milyard 294 milyon manat), öhdəlikləri 2.6% (1 milyard 212.3 milyon manat), balans kapitalı isə 1.2% (81.7 milyon manat) artıb.
Hesabat ayında bankların kredit portfeli 1% və ya 284.8 milyon manat artaraq 27 milyard 877.1 milyon manata çatıb. Kredit portfelinin strukturu belə olub:
Biznes kreditləri – 53.6% (14 milyard 935 milyon manat),
İstehlak kreditləri – 30.9% (8 milyard 603.6 milyon manat),
İpoteka kreditləri – 15.5% (4 milyard 338.5 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.3 faiz bəndi azalaraq 1.6% təşkil edib.
18 Avqust 2026