Nüvə enerjisində irəliləyiş: Çin ilk dəfə torium reaktorunu dayandırmadan təkrar yüklədi

15:38 - 23.04.2025


23 aprel, Fineko/abc.az. Çinli tədqiqatçılar nüvə enerjisində irəliləyiş ediblər. Belə ki, tarixdə ilk dəfə torium reaktorunu dayandırmadan yanacağı yenidən yüklədilər. Daha öncə bu mümkün deyildi, çünki bu cür reaktorlarda istilik daşıyıcısı kimi duz ərintiləri istifadə olunur.

ABC.AZ xəbər verir ki, torium reaktorları ənənəvi uran analoqlarına nisbətən əhəmiyyətli üstünlüklərə malikdir. Daha az radioaktiv tullantı istehsal edirlər, daha yüksək yanacaq səmərəliliyinə malikdirlər.

Çin hakimiyyəti artıq 2030-cu ilə qədər işə başlamalı olan daha güclü bir eksperimental reaktorun inşası planlarını açıqladı.