14:17 - 23.04.2025
23 aprel, Fineko/abc.az. Qazaxıstanda ümumi gücü 2 giqavat olan iki iri külək elektrik stansiyası inşa ediləcək.
ABC.AZ-ın verdiyi məlumata görə, bu barədə Jambıl vilayəti akimliyinin mətbuat xidməti məlumat yayıb.
BƏƏ-nin Masdar şirkəti 2029-cu ildə Sarısu və Talas rayonlarında gücü 1 GVt olan külək elektrik stansiyası tikəcək. Layihənin dəyəri 1,4 milyard dollar təşkil edir. Tikintiyə 2026-cı ildə başlanacaq.
Daha bir 1 GVt gücündə külək elektrik stansiyası isə 2028-ci ilə qədər Moyınkum rayonunda istifadəyə veriləcək. Bu layihəyə 1,9 milyard dollar sərmayə qoyulacaq.
Bərpa olunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisinin payı üzrə qlobal reytinqdə Qazaxıstan 195 ölkə arasında 145-ci yerdədir. 2024-cü ilin nəticələrinə əsasən, ölkədə elektrik enerjisi istehsalının 6,43%-i bərpa olunan mənbələrin payına düşüb.
10 Avqust 2026