Neft bahalaşır, Brent bir barelə $68,05 təşkil edir

09:20 - 23.04.2025


23 aprel, Fineko/abc.az. Etalon markaların qiyməti çərşənbə günü hərracda artır.

ICE Futures birjasında Brent markalı neftin iyun fyuçersləri saat 09:10-da $0,61 (0,90%) artaraq bir barelə $68,05-a yüksəlib. 22 aprel hərracının nəticələrinə görə, Brent $1,18 (1,78%) artaraq bir barelə $67,44-a yüksəlib.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin iyun fyuçersləri saat 09:10-da $0,60 (0,94%) artaraq bir barelə $64,27-a yüksəlib. Aprelin 22-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin qiyməti $1,26 (2,02%) artaraq bir barelə $63,67-a çatıb.