Neft bahalaşır, Brent bir barelə $66,71 təşkil edir

09:25 - 22.04.2025


22 aprel, Fineko/abc.az. Çərşənbə axşamı baş tutan hərracda etalon markaların qiyməti artır.

ICE Futures birjasında Brent markalı neftin iyun fyuçersləri saat 09:20-də $0,45 (0,68%) artaraq bir barelə $66,71-a yüksəlib. 21 aprel hərracının nəticələrinə görə Brent $1,70 (2,50%) – bir barelə $66,26-a qədər ucuzlaşıb.

Saat 09:20-dək NYMEX əmtəə birjasının ticarətində WTI neftinin iyun fyuçersləri $0,49 (0,79%) artaraq bir barelə $62,90-a yüksəlib. Aprelin 21-də aparılan hərracların nəticələrinə görə, WTI nefti $1,60 (2,50%) azalaraq bir barelə $62,41-a düşüb.