Neft ucuzlaşır, Brent bir barelə $66,92 təşkil edir

09:40 - 21.04.2025


21 aprel, Fineko/abc.az. Etalon markaların qiyməti ötən həftənin sonunda artdıqdan sonra bazar ertəsi hərracda azalır.

ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti saat 09:35-də $1,04 (1,53%), bir barelə $66,92-a düşüb. Aprelin 17–də aparılan hərracların nəticələrinə görə, Brent nefti $2,11 (3,20%) artaraq bir barel üçün $67,96-a çatıb.

Saat 09:35-də NYMEX əmtəə birjasının ticarətində WTI neftinin iyun neft fyuçersləri $1,02  (1,59%), bir barelə $62,99-a düşüb. Aprelin 17–də aparılan hərracların nəticələrinə görə, WTI neftin qiyməti $2,18 (3,53%) artaraq bir barel üçün $64,01-a çatıb.

Ötən həftə Brent markalı neft 4,94%, WTI nefti isə 5,17% bahalaşıb.