14:18 - 16.04.2025
16 aprel, Fineko/abc.az. Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmində son illər artımlar qeydə alınmaqla yanaşı, nağdsız ödənişlərə də marağın yüksəlməsi müşahidə olunur. Bu da biznes dövriyyəsinin daha da şəffaflaşmasına xidmət edir.
ABC.AZ xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, sahibkarlar üçün ciddi məsələlərdən biri də plastik kartlardan istifadə zamanı banklar tərəfindən yüksək komissiya haqlarının müəyyənləşdirilməsidir:
“POS-terminal xidmətləri üzrə yüksək komissiya haqları ticarət obyektləri üçün izafi xərc yaratmaqla yanaşı, istehlakçı qiymətlərinə də təsir göstərir. Eyni zamanda, əksər hallarda həmin xəclər iri satış obyektləri tərəfindən mikro və kiçik sahibkarlara təqdim olunan sifarişlərə transfer edilir. Banklarda nağdsız ödəniş məbləği üçün 1,4-1,8 % həcmində komissiya haqlarının müəyyənləşdirildiyini nəzərə alsaq, xərcin nə qədər böyük olduğunu təsəvvür etmək çətin olmaz".
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026