Bu İnstitut ləğv edilir - Əli Əsədov qərar imzaladı

16:01 - 21.09.2026


21 sentyabr, Fineko/abc.az. Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqları və öhdəlikləri, habelə əmlakı Naxçıvan Dövlət Universitetinə keçir.

Elm və Təhsil Nazirliyinə qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.