11:41 - 16.04.2025
16 aprel, Fineko/abc.az. Bu il dünyada ərzaq məhsullarının qiyməti yüksək səviyyədə qalacaq.
ABC.AZ məlumat verir ki, bu barədə Avrasiya Sabitləşdirmə və İnkişaf Fondunun (ASİF) hesabatında deyilir.
"Ərzaq qiymətlərinin yüksək səviyyədə qalması gözlənilir, ekstremal hava şəraitinin müxtəlif bölgələrdə məhsuldarlığa təsiri səbəbindən onların dəyişkənliyi həmçinin yüksək olaraq qalacaq", — hesabtad deyilir.
Eyni zamanda, analitiklər ilin sonunda qızılın orta illik qiymətinin unsiya başına $2 800-ı ötəcəyi gözləyirlər.