“City Construction” MMC-nin 350 min manatdan çox vergi borcu yaranıb

11:00 - 14.04.2025


14 aprel, Fineko/abc.az. “City Construction” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasına əsasən bildirilir.

Məlumata əsasən, “City Construction” MMC-nin vergi borcu 359 min 749 manatdır. Bu vergi borcu 13.04.2025-ci il tarixinə olan məlumatdır.

Qeyd edək ki, şirkət 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Emil Əliyev Paşa oğludur.