Ötən ay cəmi 4 qidanın qiymətində ucuzlaşma baş verib - Siyahı

16:33 - 10.04.2025


10 aprel, Fineko/abc.az. Ötən ay əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından ucuzlaşma unun, yumurtanın, göyərtinin, xiyarın qiymətlərində müşahidə olunub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, 2025-ci ilin mart ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,7 faiz təşkil etmişdir. Mart ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma kərpicin, sementin, ortopedik döşəklərin, mebellərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə məişət cihazlarının, mobil telefonların, televizorların qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyıb.