10:24 - 7.04.2025
7 aprel, Fineko/abc.az. Hindistan Vaşinqtonla yeni ticarət sazişinin bağlanmasını prioritet etməyi planlaşdırır. Öz növbəsində, ABŞ bu ölkədən mallara 26% rüsum tətbiq edib.
ABC.AZ Bloomberg-ə istinadən xəbər verir ki, Hindistan qarşıdurma deyil, konstruktiv dialoq istəyir və danışıqlarda bütün fəaliyyət variantlarını, istənilən mal və xidmətləri nəzərdən keçirə bilər.
Tərəflər Donald Tramp hakimiyyətə gəldikdən sonra ticarət müqaviləsi bağlamağa razılaşdılar. Hindistan ticarət və immiqrasiyada ABŞ-a güzəştə gedib.
10 Avqust 2026