Blogerləri mayner yaymağa məcbur edən dələduzluq sxemi aşkarlandı

14:51 - 6.03.2025


6 mart, Fineko/abc.az. Kaspersky GReAT ("Kaspersky Lab"ın qlobal təhlükə araşdırmaları və təhlili mərkəzi) mütəxəssisləri Rusiya istifadəçilərinə yönəlmiş qeyri-adi bir saxta sxem aşkar ediblər.

ABC.AZ xəbər verir ki, YouTube-da dərin trafik analizinə (DPI) əsaslanan bloklama bypass alətləri adı altında PC üçün gizli mayner yaymaq üçün aktiv kampaniya aşkar olunub. Bu tələyə həm blogerlər, həm də onların abunəçiləri düşüblər.

Fırıldaqçılar öz sxemlərində uyğun mövzuda YouTube blogerlərini istifadə edir, aldatma yolu ilə yoluxmuş arxivlərə linklər yerləşdirməyə məcbur edirdirlər.

Bir şəxs arxivi saytdan link vasitəsilə yükləsə, onun cihazına, elan edilmiş alətlərlə birlikdə troyan quraşdırılırdı. Troyan, müxtəlif növ kriptovalyutalar əldə etmək üçün yoluxmuş kompüterlərin gücündən istifadə edən gizli mayner olan SilentCryptoMiner-i yükləyirdi.