İlham Əliyev Qazaxıstan və Özbəkistan şirkətlərinin rəsmilərini qəbul edib

11:06 - 4.03.2025


4 mart, Fineko/abc.az. Prezident İlham Əliyev martın 4-də Rusiyanın “Tatneft” şirkətinin baş direktoru Nail Maqanovu, Qazaxıstanın “KazMunayQaz” şirkətinin idarə heyətinin sədri Asxat Xassenovu və Özbəkistanın “Uzbeknefteqaz” şirkətinin idarə heyətinin sədri Baxodirjon Sidikovu qəbul edib.

ABC.AZ xəbər verir ki, dövlətimizin başçısı bu gün çoxtərəfli əməkdaşlığın yeni mərhələsinin başlandığını deyərək, bunun üçün hazırlıq işlərinin uğurla aparıldığını vurğuladı.

Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistanın neft sirkətləri arasında çox sıx istehsalat münasibətlərinin artıq qurulduğunu məmnunluqla qeyd edən Prezident İlham Əliyev ikitərəfli formatda bir sıra layihələrin həyata keçirildiyini dedi, bu xüsusda səyləri birləşdirməyin önəminə toxundu.

Dövlət başçısı birgə istehsal və dost ölkələrə sifarişlərin həyata keçirilməsi baxımından da dördtərəfli əməkdaşlığın rolunu qeyd etdi.

Qeyd edildi ki, bu yeni əməkdaşlıq formatı digər xarici şirkətlərin qoşulması üçün də açıqdır.