Mərkəzi Bank buna görə “Legion Financial” ASC-ni cərimələdi

17:30 - 3.03.2025


3 mart, Fineko/abc.az. Mərkəzi Bank cari nəzarət prosesləri çərçivəsində “Legion Financial” ASC-ni hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulmasına görə cərimələyib.

ABC.AZ xəbər verir ki, lizinq şirkəti İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə əsasən 2000 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, bu ilin ilk ayında “Legion Financial” ASC-nin 605 min manatlıq səhmlərinin ticarətə buraxıb. Fevralda, illik 16,5% gəlirliyi olan 1 mln. manatlıq istiqraz buraxıb.