10:51 - 3.03.2025
3 mart, Fineko/abc.az. Azərbaycanda ümumi istehlak kreditlərinə, xüsusilə də kredit kartlarına olan tələbin artdığı müşahidə olunur.
ABC.AZ xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının Kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair apardığı sorğunun nəticələrinə əsasən, bu artımın əsas səbəbi rəqəmsallaşmanın geniş yayılmasıdır.
Banklar yaxın dövr üçün istehlak kreditlərinə və kredit kartlarına tələbdə ciddi dəyişiklik gözləməsələr də, istehlak kreditləri üzrə portfelin keyfiyyəti, kapital mövqeyi və əhalinin ödəmə qabiliyyəti kredit standartlarının sərtləşməsinə səbəb olub.
Buna baxmayaraq, bankların istehlak kreditləri üzrə artım dinamikasının növbəti rübdə də davam edəcəyi proqnozlaşdırılır.
Müəllif: Elmir Murad
25 Avqust 2026