Azərbaycan ötən il xaricdən 76 milyon dollarlıq qara çay idxal edib

14:12 - 26.02.2025


26 fevral, Fineko/abc.az. Azərbaycanda 2024-cü ildə qara çay idxalının həcmi 14 387.78 ton olub və bu, 76 487.78 min ABŞ dolları dəyərindədir.

ABC.AZ xəbər verir ki, bu 2023-cü ildə 13 695.75 ton idxal olunub və bu, 70 557 min dollar olmuşdu.

İdxalın miqdarı 2024-cü ildə 5.05% artıb. Dəyəri isə 8.41% artdığı müşahidə edilir.

2024-cü ildə Azərbaycanın ən çox qara çay idxal etdiyi ölkə Şri-Lanka olub.

2024-cü ildə Şri-Lankadan 9 264 ton qara çay idxal edilib və bu, 52.88 mln. dollar dəyərindədir. 2023-cü ildə isə 9 673 ton Şri-Lankadan qara çay idxal olunub və bu, 49.8 mln. dollar başa gəlmişdi.

Şri-Lankadan idxal miqdarı 2024-cü ildə 4.23% azalıb, lakin dəyər baxımından artım 6.16% olub.