Faizlərdən gəlirləri az olan Banklar - Siyahı

17:16 - 25.02.2025


25 fevral, Fineko/abc.az. Kredit faizindən ən az gəlir əldə edən banklar arasında isə «Melli İran Bankı», «Avrasiya Bank» və «Azərbaycan Sənaye Bankı» yer alır.

ABC.AZ xəbər verir ki, bu banklar digər banklar ilə müqayisədə daha az gəlir əldə etsələr də, ümumi gəlirlərində bu mənbənin payı müxtəlif səviyyələrdədir.

«Melli İran Bankı» kredit faizlərindən yalnız 5 071 000 manat gəlir əldə edib ki, bu rəqəm sektorda ən aşağı göstəricidir. Lakin, bu bankın ümumi gəlirlərində kredit faizlərinin payı 99%-dir. Bu da onu göstərir ki, bankın əsas gəlir mənbəyi yalnız kreditlərdir və digər maliyyə fəaliyyətlərindən praktiki olaraq gəlir əldə etmir.

«Avrasiya Bank» kredit faizlərindən 12 718 000 manat gəlir əldə edib ki, bu da bankın ümumi gəlirlərinin 72%-ni təşkil edir. «Azərbaycan Sənaye Bankı» isə kredit faizlərindən 16 962 000 manat gəlir götürüb ki, bu da onun ümumi gəlirlərinin 33%-ni əhatə edir. Bu üç bankın kredit faizlərindən əldə etdikləri gəlirlər, iri banklarla müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır.