11:27 - 25.02.2025
25 fevral, Fineko/abc.az. 2025-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,902 mln. manat təşkil edib.
ABC.AZ xəbər verir ki, həyata keçirilən nağdsız ödənişlərin 5,845 mln. manatı elektron ticarətin payına düşür.
Qalan məbləğin 1,052 mln. manatı POS-terminallar, 3.1 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.
Yanvar ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 68.5%-ni təşkil edib.
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026