Azərbaycan banklarında risklər bu səbəbdən azalıb

15:53 - 21.02.2025


21 fevral, Fineko/abc.az. Qafqaz regionun əksər bankları 2022-2024-cü illərdə rekord mənfəət barədə xəbər veriblər.

ABC.AZ xəbər verir ki, “Fitch” analitikləri qeyd edir ki, faiz marjları 1-2 faiz artıb ki, bu da aktivlərə olan uçot faizlərinin artımı, o cümlədən, yaxşı likvid buferlərin olması ilə əlaqədar olub və bu, maliyyələşmə məsrəflərini nəzarətdə saxlamağa kömək olub. Azərbaycan banklarının göstəriciləri neft qiymətlərinin daha yüksək olması və aktivlərin keyfiyyəti ilə bağlı risklərin azalmasından qaynaqlanıb.

"Azərbaycan kreditləşmənin yüksək templi artımı və dividend ödənişlərindəki əhəmiyyətli artımlar kapital əmsallarına təsir göstərir, lakin biz hələ də yüksək gəlirlilik sayəsində kapitallaşmanın səmərəli səviyyədə qalacağını gözləyirik”, – deyə “Fitch”dən bildiriblər. (Trend)