Tramp: Tayvanın ABŞ-ın əlindən aldığı çip biznesini geri qaytaracağıq

10:29 - 14.02.2025


14 fevral, Fineko/abc.az. ABŞ Prezidenti Tayvanın ABŞ-dan götürdüyü yarımkeçirici çip biznesini ölkəyə qaytarmaq fikrində olduğunu bildirib.

ABC.AZ xəbər verir ki, ABŞ-ın yeni prezidenti Donald Trump Ağ Evdə jurnalistlərlə söhbət zamanı bu açıqlamanı verib.

Daha əvvəl o, Tayvan çiplərinin idxalına rüsum tətbiq etmək planları, həmçinin yarımkeçirici istehsalçıları ABŞ-a qaytarmaq istəyi barədə dəfələrlə danışmışdı.