11:05 - 5.02.2025
5 fevral, Fineko/abc.az. Google korporasiyası süni intellekt texnologiyalarının (AI) inkişafı və tətbiqi prinsiplərinin yenilənmiş siyahısını dərc edərək, süni intellekt məhsullarından silah hazırlamaq və insanlara nəzarət etmək üçün istifadə etməmək vədini aradan qaldırıb. Yeni prinsiplər rəsmi Google AI profil saytında yerləşdirilib.
ABC.AZ xəbər verir ki, yenilənmiş prinsiplər siyahısında silah və ya nəzarət texnologiyaları ilə əlaqəli birbaşa formulalar yoxdur. Burada şirkət yalnız "beynəlxalq hüququn və insan hüquqlarının ümumi qəbul edilmiş prinsiplərinə" riayət edəcəyini söz verir. Google-un iki rəhbəri şirkətin rəsmi bloqunda müəlliflərin AI-nin şirkətdə istifadəsi prinsiplərinin yenilənməsini şərh etdikləri bir açıqlama yaydılar. Onlar sürətlə dəyişən "geosiyasi mənzərə" yə və AI texnologiyaları sahəsində rəqabətin kəskinləşməsinə işarə edərək, silahlanma və nəzarət məsələlərini qeyd etməyiblər.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026