ABŞ-ın kommersiya neft ehtiyatları çoxalmağa başlayıb

09:58 - 30.01.2025


30 yanvar, Fineko/abc.az. ABŞ-də kommersiya neft ehtiyatları doqquz həftəlik azalmadan sonra yenidən artmağa başlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Belə ki, ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 3 463 min barel artaraq 415 126 min barel təşkil edib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 2 200 min barel artacağını proqnozlaşdırırdı.