“Şahdəniz”də “Alfa” platformasının işi bərpa olunub?

12:09 - 24.01.2025


24 yanvar, Fineko/abc.az. Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağında “Alfa” platformasının işi tam bərpa olunub.

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında”BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

O bildirib ki, “Alfa” platformasını Səngəçal terminalı ilə birləşdirən sualtı kondensat ixrac boru kəmərində yaranmış texniki problem tam həll edilib və yanvarın 18-də platformanın işi bərpa olunub.

Tamam Bayatlı onu da qeyd edib ki, hazırda “Şahdəniz” qaz-kondensat yatağında “Alfa” platformasından hasilat və ixrac əməliyyatları dayanmadan əvvəl olan həcmlərdə tam olaraq bərpa olunub.