16:51 - 22.01.2025
22 yanvar, Fineko/abc.az. “Google” korporasiyası süni intellekt (AI) texnologiyalarını inkişaf etdirən və bu sahədə “ChatGPT” çat-botunun yaradıcısı “OpenAI” ilə rəqabət aparan Amerikanın “Anthropic” şirkətinə daha 1 milyard dollar sərmayə qoyub.
ABC.AZ xəbər verir ki, bu barədə “Financial Times” qəzetində məqalə dərc edilib.
Qəzetin məlumatına görə, “Google” artıq “Anthropic”ə təxminən 2 milyard dollar sərmayə qoyub və hazırda şirkətdəki payını artırır.
Nəşrin mənbələri qeyd edir ki, “Anthropic” həmçinin Silikon Vadisi vençur kapitalistlərindən daha 2 milyard dollar toplamaq ərəfəsindədir ki, bu da şirkətin təxmin edilən dəyərini üç dəfə artıraraq 60 milyard dollara çatdıracaq.
Qəzet bildirir ki, 2024-cü ilin dekabrında “Anthropic”in gəliri 1 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə təxminən 10 dəfə çoxdur.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026