09:52 - 14.01.2025
14 yanvar, Fineko/abc.az. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken yanvarın 14-də Vaşinqtonda strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar.
ABC.AZ xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Telegram kanalında deyilir.
Ermənistanın xarici işlər nazirliyindən bildirilib ki, tədbir saat 22:00-da keçiriləcək və respublikanın Xarici İşlər Nazirliyinin rəsmi resurslarında yayımlanacaq.