ABŞ Rusiya neftini daşıyan tankerlərə qarşı sanksiyaları gücləndirmək istəyir

11:55 - 6.01.2025


6 yanvar, Fineko/abc.az. ABŞ-ın hazırkı prezidenti Co Bayden Administrasiyası Rusiya neftini bir barelə 60 dollar tavandan yuxarı daşıyan tankerləri hədəf alaraq Rusiyaya sanksiya təzyiqini artırmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, məlumata görə, yeni sanksiyalar Rusiyanın Qərb ölkələrinin mövcud məhdudiyyətlərini aşmaq üçün istifadə etdiyi köhnəlmiş tankerlər donanmasından olan gəmilər üçün məhdudiyyətləri nəzərdə tutur. Bldirilib ki, ABŞ Rusiyaya qarşı böyük sanksiyalar paketi tətbiq edə bilər.

Başqa bir mənbə, sanksiyaların, ehtimal ki, limitdən yuxarı qiymətlərlə neft satan şəxslərə qarşı tədbirləri də əhatə edəcəyini əlavə edib.