14:58 - 28.12.2024
28 dekabr, Fineko/abc.az. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-noyabr ayları ərzində 72 min 406 mənşə sertifikatı verilib.
Dövlət Xidmətindən ABC.AZ-a bildirilib ki, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artıb.
Mallar üzərində tarif və qeyri-tarif tənzimlənməsinin həyata keçirilməsi məqsədilə müəyyən olunan mənşə sertifikatı ixrac və idxal əməliyyatları zamanı sahibkarların güzəştli gömrük rüsumlarından faydalanmasına şərait yaradır.
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026