Televiziya işçiləri üçün büdcədən ayrılmış vəsait 0,2 faiz artırılır

11:18 - 27.12.2024


27 dekabr, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən televiziya, radio və nəşriyyata 67,8 milyon manat ayrılacaq.

ABC.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin büdcəsi dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.

Sənədə əsasən, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 0,2% çoxdur.

O cümlədən, gələn il büdcədən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə 42,6 milyon manat maliyyə yardımı nəzərdə tutulub ki, bu da bu ilə nisbətən eynidir.

İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə yardımı isə 0,1% artırılaraq 21,8 milyon manata çatdırılıb.