11:57 - 23.12.2024
23 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Sumqayıt İnnovasiya Mərkəzinin rəsmi açılışı olub.
ABC.AZ xəbər verir ki, açılışda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib ki, adıçəkikən Mərkəzə rəsmi “Apple” statusun təmin edilməsi planlaşdırılır.
“Sumqayt İnnovasiya Mərkəzinə sadəcə ofis məkanı kimi baxmamalıyıq. Bu mərkəz ölkədə innovasiya mədəniyyətinin formalaşmasına və güclənməsinə dəyər qatan ideyaların yarandığı məkan rolunu oynayır. Mərkəz əhatəli infrastruktur şəbəkəsi ilə startap ekosistemini inkişaf etdirmək və ümumilikdə innovativ təfəkkürü yeni nəsil yetişdirmək məqsədini daşıyır”, – o vurğulayıb.
Onun sözlərinə görə, Sumqayıt İnnovasiya Mərkəzində yaxın zamanlarda “Apple” tərəfindən təlimçilərin sertifikatlaşdırılması və daha sonra mərkəzin rəsmi “Apple” statusu təmin edilməsi planlaşdırılır:
“Bu, mühüm məsələdir, çünki gənclərin xüsusilə də bu sertifikatlara marağı var və gələcəkdə onların işlə təmin olunması üçün bu sertifikatlaşdırma çox vacibdir”.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026