10:49 - 19.12.2024
19 dekabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 26 milyon 991 min dollar dəyərində 10 min 918 ton pambıq ipliyi ixrac olunub.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pambıq ipliyi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3 milyon 382 min dollar və ya 11,6% azalıb, miqdar ifadəsilə isə 90 ton və ya 0,8% artıb.
2023-cü ilin 11 ayında isə Azərbaycandan 30 milyon 374 min dollar dəyərində 10 min 828 ton pambıq ipliyi ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi pambıq ipliyinin 1 kiloqramının orta ixrac qiyməti 4,20 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 4,76 manat idi (illik 56 qəpik və ya 11,8% ucuzlaşma).
Bu il ümumi ixracının 0,11%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,87%-i pambıq ipliyinin payına düşüb.
10 Avqust 2026