Əhalimiz geyimə və ayaqqabıya bir ayda 1.2 milyard manat xərcləyib

17:11 - 18.12.2024


18 dekabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 8 milyard 71.5 milyon manat vəsait xərclənib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.4% çoxdur.

Qeyd edək ki, cari ilin avqust ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 1 milyard 198 milyon manata bərabər olub.