Bu ölkələr arasında internet kabeli qırılıb

11:55 - 3.12.2024


3 dekabr, Fineko/abc.az. İsveç və Finlandiya arasında internet kabeli qırılıb. Qırılma Finlandiya ərazisindəki quruda baş verib, polis bunun başqa bir təxribat olduğuna inanır.

ABC.AZ xəbər verir ki, bu barədə Helsingin Sanomat bildirir. Kabel internet siqnalını ötürmək üçün istifadə edilirdi. Hadisə barədə məlumat İsveç Hakimiyyətinə də çatdırılıb.

Noyabr ayında Baltik dənizində, biri Finlandiya ilə Almaniya arasında, digəri İsveç və Litva arasında olmaqla, 2 sualtı kabelin zədələndiyi barədə məlumatlar ortaya çıxmışdı.