Hindistan Günəşi tədqiq etmək üçün Proba-3 missiyasını kosmosa buraxır

15:27 - 2.12.2024


2 dekabr, Fineko/abc.az. Avropa Kosmik Agentliyinin Proba-3 Günəş müşahidə missiyası Hindistan tərəfindən buraxılacaq. 

ABC.AZ xəbər verir ki, bu barədə dekabrın 2-də Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) məlumat verib.

Qeyd olunur ki, missiya 550 kq ağırlığında EKA Proba-3 peykini unikal yüksək elliptik orbitə çıxaracaq.

Proba-3 missiyasının kosmik aparatlarının yerli vaxtla 4 dekabr saat 16:08-də (Bakı vaxtı ilə 14:38) göndərilməsi planlaşdırılır.