11:56 - 29.11.2024
29 noyabr, Fineko/abc.az. "Sosial şəbəkələrdə bazarda 600 milyon dollar, hətta bir milyard saxta dollar olduğu barədə xəbərlər tamamilə əsassızdır və dezinformasiya məqsədi ilə yayılır. Bazarda heç min saxta dollar tapa bilmədik, nəinki 600 milyon".
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin səlahiyyətli qurumlar və mübadilə məntəqələri Assosiasiyasının rəhbəri Mehdi Şeren bildirib.
"Ölkəmizin iqtisadiyyatı ilə bağlı ciddi dezinformasiya kampaniyası aparılır. Və bu, çaxnaşma atmosferi yaratmaq üçün edilir", - deyə o bildirib.
Şeren əlavə edib ki, əskinasların hesablanması üçün cihazlar saxta aşkar edə bilər. Qurum Türkiyənin bütün əyalətlərindəki mübadilə məntəqələri ilə əlaqə qurub və saxtakarlığın aşkarlandığını bildirmələrini istəyib. Onun sözlərinə görə, bu barədə heç bir cavab verilməyib.
Bir neçə gün əvvəl Türkiyə KİV-ləri ölkəyə çoxlu sayda saxta dolların, əsasən 50 və 100 dollarlıq əskinasların gətirildiyi barədə aktiv məlumat vermişdirlər.
8 Avqust 2026
7 Avqust 2026