Bank sektorunda çalışanların sayı 25 min nəfəri keçdi

10:57 - 27.11.2024


27 noyabr, Fineko/abc.az. Hesabat ayında bank sektorunda çalışanların sayı 1.5% və ya 370 nəfər artaraq 25,066 (ilin əvvəlindən 6.4% və ya 1,497 əməkdaş) nəfər təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sentyabr ayının sonuna bank işçilərinin sayı 24 696 nəfər olub.

31 oktyabr 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 481, şöbələrinin sayı 88, ATM-lərin sayı 3 180 olub.